...

İon-Adriatik boru kəməri üzrə layihə şirkəti tezliklə yaradılacaq - Monteneqro dövlət katibi (ÖZƏL)

Energetika Materials 5 Fevral 2022 15:55 (UTC +04:00)
İon-Adriatik boru kəməri üzrə layihə şirkəti tezliklə yaradılacaq - Monteneqro dövlət katibi (ÖZƏL)

Bakı. Maryana Əhmədova - Trend:

Biz ümid edirik ki, 2022-ci ilin birinci yarısında İon-Adriatik boru kəməri (IAP) layihəsinin reallaşdırılması üçün regional şirkəti yaradacağıq.

Bunu Trend-ə özəl müsahibəsində Monteneqronun energetika və mədən sənayesi üzrə dövlət katibi Marko Perunoviç deyib.

"Monteneqro sahil bölgəsində 50 və 100 meqavatt gücündə iki enerji obyekti yaratmağı planlaşdırır", - deyə o bildirib.

Dövlət katibi qeyd edib ki, Monteneqro IAP vasitəsilə 250-300 min kubmetrə yaxın təbii qaz almaq niyyətindədir.

"Bu layihənin bütün iştirakçıları onun uğurla reallaşdırılması üçün birgə işləməlidir", - o deyib.

Onun sözlərinə görə, Monteneqro, həmçinin "yaşıl" enerjiyə keçidə diqqət ayırıb. Bunun üçün Monteneqroya yeni stabil, təbii qaza əsaslanan enerji layihələri lazımdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti