...

Azərbaycan neftinin qiyməti 136 dollara çatır

Energetika Materials 9 Mart 2022 10:17 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 136 dollara çatır

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 8-də 135,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,28 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 134,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,64 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 103,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 137,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 7,59 dollar/barel çoxdur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti