Bakı. Trend:
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın dənizdə külək enerjisi potensialının tədqiq olunması üçün yol xəritəsi hazırlanır.
Trend-in məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.
Onun sözlərinə görə, bu istiqamətdə əməkdaşlıqla bağlı bir sıra özəl şirkətlərlə sazişlərin imzalanması istiqamətində işlər görülür.
Agentlik direktoru əlavə edib ki, ötən gün Bakıda BƏƏ-nin "Masdar" şirkəti ilə imzalanmış memorandum çərçivəsində elektrik enerjisi istehsalı və ixracı, eləcə də dənizdə külək enerjisinin gələcək inkişafı istiqamətində tədiqat işlərinin aparılması planlaşdırılır.
(Tərcümə: Orxan Nəbiyev)