...

Türkdilli ölkələrin enerji sahəsində əməkdaşlığının əhəmiyyəti artır - Fuad Oktay

Energetika Materials 28 Mart 2022 18:00 (UTC +04:00)
Türkdilli ölkələrin enerji sahəsində əməkdaşlığının əhəmiyyəti artır - Fuad Oktay

Bakı. Trend:

Dünya enerji bazarında gərginliyin artması və enerji daşıyıcılarının bahalaşması fonunda Avrasiyanın geosiyasi əhəmiyyəti, xüsusilə də türkdilli ölkələrin əməkdaşlığının əhəmiyyəti artır.

Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay Türk dövlətlərinin enerji əməkdaşlığı üzrə 2-ci Beynəlxalq konqresinin iştirakçılarına müraciətində deyib.

Vitse-prezident əhalisinin ümumi sayı 156 milyondan çox olan və ÜDM-i 1 trilyon dolları üstələyən türkdilli ölkələrin əməkdaşlığın təkcə ölkələrin özlərinin deyil, həm də bütün regionun maraqlarına xidmət etdiyini bildirib.

F.Oktay Mərkəzi Asiya və Azərbaycanın təsdiq olunmuş enerji ehtiyatlarını diqqət çəkərək burada dünya neft ehtiyatlarının 2 faizinin (39 milyard barel) və təbii qaz ehtiyatlarının 13 faizinin (25 trilyon kubmetr) toplandığını vurğulayıb.

"Regionda enerji sahəsində Türkiyənin də iştirakı ilə bir sıra uğurlu layihələr icra edilib. Bunların sırasında Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Trans-Anadolu boru xəttini (TANAP) göstərmək olar. Türkiyə, həmçinin Azərbaycanın azad edilmiş rayonlarında "yaşıl" enerjinin inkişafı layihələrində iştirak edir", - deyə F.Oktay bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti