...

SOCAR istiqrazlarının ikinci kupon ödənişinin vaxtı açıqlanıb

Energetika Materials 26 Aprel 2022 12:03 (UTC +04:00)
SOCAR istiqrazlarının ikinci kupon ödənişinin vaxtı açıqlanıb

Bakı. Trend:

5 illik müddətə buraxılan və faizləri üçaylıq qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının növbəti – ikinci kupon ödənişi may ayının ilk iş günü – 4 may tarixində baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə SOCAR-ın rəsmi "Twitter" səhifəsi bildirilib.

Qeyd olunur ki, SOCAR istiqrazlarının 2-ci faiz ödənişi nəticəsində 1,125 milyon dollar vəsait istiqraz sahiblərinin hesablarına köçürüləcək.

"Bununla da, investorların ümumi qazancı 2,25 milyon dollara yüksəlmiş olacaq. Qarşıda daha 18 kupon ödənişi və 20,25 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir", - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti