...

"Şahdəniz" yatağından Türkiyəyə qaz tədarükü müvəqqəti dayandırılacaq

Energetika Materials 25 İyul 2022 13:41 (UTC +04:00)
"Şahdəniz" yatağından Türkiyəyə qaz tədarükü müvəqqəti dayandırılacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Şahdəniz" qaz-kondensat yatağından Türkiyəyə qaz tədarükü bu ilin avqustunda müvəqqəti dayandırılacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin BOTAŞ dövlət neft-qaz şirkəti öz "Twitter" səhifəsində bildirib.

"Şahdəniz"-Türkiyə (Bakı-Tbilisi-Ərzurum) boru xəttində planlı təmir işləri ilə əlaqədar avqustun 14-dən 28-dək Türkgözü giriş məntəqəsindən milli qazpaylayıcı şəbəkəyə qaz verilişi mümkün olmayacaq. Planlı təmir işləri zamanı milli qazpaylayıcı şəbəkənin tələb və təklif balansında problemlər gözlənilmir", - məlumatda deyilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ərzurum boru xətti ilə 10,236 milyard kubmetr qaz nəql edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti