...

Serbiya Azərbaycan qazının idxalı üçün nəzərdə tutulan interkonnektoru ölkənin ən vacib layihəsi adlandırıb

Energetika Materials 12 Sentyabr 2022 18:03 (UTC +04:00)
Serbiya Azərbaycan qazının idxalı üçün nəzərdə tutulan interkonnektoru ölkənin ən vacib layihəsi adlandırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya baş nazirinin müavini, mədən sənayesi və energetika naziri Zorana Mihayloviç Azərbaycan qazının idxalı üçün nəzərdə tutulan interkonnektoru ölkənin ən vacib layihəsi adlandırıb.

Trend-in məlumatına görə, nazir Avstriya mətbuatına müsahibəsində bildirib ki, Serbiyanı Bolqarıstanla birləşdirəcək və 1,8 milyard kubmetr gücü olan qaz xətti Azərbaycan qazı ilə doldurulacaq.

"Biz Azərbaycanla danışıqlar aparırıq. 2023-cü ilin sentyabrından Serbiya qaz tələbatının 40 faizini Azərbaycan qazı və ya Rusiyadan olmayan digər mənbələrdən qazla təmin etməlidir. Hazırda bu, qaz sahəsində bizim ən vacib layihəmizdir", - deyə nazir bildirib.

Z.Mihayloviç əlavə edib ki, Serbiya bu kontekstdə həm də qonşu ölkələrlə təmaslar qurulmasını vacib hesab edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti