...

Azərbaycan Avropanın enerji təchizatı üçün daha real imkanlar təklif edir - Peter Siyarto

Energetika Materials 29 Sentyabr 2022 13:38 (UTC +04:00)
Azərbaycan Avropanın enerji təchizatı üçün daha real imkanlar təklif edir - Peter Siyarto
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropanın daha etibarlı şərtlərdə enerji təchizatının təmin olunması üçün daha real imkanlar təklif edir.

Trend-in məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto öz "Facebook" səhifəsində yazıb.

"Yaxın illərdə Azərbaycandan qaz nəqli iki dəfə artacaq, ona görə də vacibdir ki, Avropa İttifaqı Azərbaycan qazının Mərkəzi Avropaya nəqlinə imkan verəcək infrastruktur investisiyalarını dəstəkləsin", - deyə o bildirib.

Nazir vurğulayıb ki, Azərbaycandan "yaşıl" elektrik enerjisinin gələcəkdə Avropaya nəqli, zəruri marşrutun isə Gürcüstan, Rumıniya və Macarıstandan keçəcəyi barədə razılıq əldə olunub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti