...

STAR neft emalı zavodu neft idxalını artırıb

Energetika Materials 29 Sentyabr 2022 20:35 (UTC +04:00)
STAR neft emalı zavodu neft idxalını artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2022-ci ilin iyulunda 981 904 ton xam neft idxal olunub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur. 2021-ci ilin iyununda zavod 926 730 ton neft idxal etmişdi.

Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR iyun ayında 146 362 ton aviasiya yanacağı, 594 849 ton dizel, 19 336 ton mayeləşdirilmiş neft qazı, 149 068 ton nafta, 68 948 ton neft koksu, 34 752 ton qaz və 142 141 ton digər məhsul istehsal edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti