...

IGB Bolqarıstanın çevik enerji təchizatını təmin edəcək - Kadri Simson

Energetika Materials 3 Oktyabr 2022 10:18 (UTC +04:00)
IGB Bolqarıstanın çevik enerji təchizatını təmin edəcək - Kadri Simson
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) alternativ qaz tədarükünü və Bolqarıstanın çevik enerji təchizatını təmin edir.

Trend-in məlumatına görə, bunu enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, IGB vaxtında icra olunmuş layihədir və regional əməkdaşlığın yeni səhifəsi, Aİ-nin infrastruktur siyasətinin ciddi nailiyyətidir.

"IGB böyük maraq kəsb edən Avropa layihəsidir və Aİ-nin maliyyələşdirməsi layihənin təməlidir. Bu, region üçün vacib nailiyyətdir", - o yazıb.

Qeyd edək ki, IGB Bolqarıstana Azərbaycan qazını, xüsusən də Azərbaycanın “Şahdəniz-2” qaz-kondensat yatağında hasil olunan qazı almağa imkan verəcək qaz kəməridir. IGB TAP-a birləşdiriləcək və onun vasitəsilə “Şahdəniz” yatağından qaz Avropa bazarlarına çıxarılacaq. IGB-nin təməlqoyma mərasimi 22 may 2019-cu ildə Bolqarıstanda baş tutub. 2022-ci il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində interkonnektorun açılış mərasimi keçirilib. Qaz kəmərinin uzunluğu 182 kilometrdir.

Birinci mərhələdə qaz kəmərinin ötürmə qabiliyyəti ildə üç milyard kubmetr qaz təşkil edəcək. İkinci mərhələdə, bazarın inkişafından asılı olaraq, kompressor stansiyasının əlavə edilməsi ilə kəmərin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaza çatdırıla bilər. Layihənin ümumi investisiya dəyəri təqribən 240 milyon avro (ƏDV istisna olmaqla) qiymətləndirilir, bunun 220 milyon avrosu əsaslı xərclərdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti