...

Cənubi Qafqaz kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb

Energetika Materials 17 Oktyabr 2022 12:30 (UTC +04:00)
Cənubi Qafqaz kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. - Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz qaz xətti ilə (Bakı-Tbilisi-Ərzurum) 15,203 milyard kubmetr qaz nəql olunub.

Trend bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 19,6 faiz artıb.

Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən təbii qazın 53,3 faizi Cənubi Qafqaz qaz xəttinin payına düşüb.

Ümumilikdə, 2022-ci ilin yanvar-sentyabr aylarında magistral qaz kəmərləri ilə 28,506 milyard kubmetr qaz nəql edilib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti