...

"Petkim"in xalis mənfəəti 50 faizə yaxın artıb

Energetika Materials 14 Noyabr 2022 11:00 (UTC +04:00)
"Petkim"in xalis mənfəəti 50 faizə yaxın artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan "Petkim" neft-kimya kompleksinin 2022-ci ilin 9 ayı ərzində xalis mənfəəti 5,8 milyard lirə (312,5 milyon dollar) təşkil edib.

Trend bu barədə bu gün Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 48 faiz çox olub.

Qeyd olunub ki, hesabat dövründə "Petkim"in satışlarının həcmi 40 milyard lirə (2,16 milyard dollar) təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 19,2 milyard lirəyə (1,03 milyard dollar) bərabər idi.

Qeyd edək ki, "SOCAR Türkiyə" "Petkim"i 2008-ci ildə satın alıb. Şirkət 2022-ci ilin birinci rübünü 1,8 milyard lirə xalis mənfəətlə başa vurmuşdu. "Petkim"in gəlirləri isə 11,4 milyard lirə təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti