...

"SOCAR Türkiyə" "Türkcell" şirkəti ilə birlikdə LTE şəbəkəsi yaradacaq

Energetika Materials 22 Noyabr 2022 17:15 (UTC +04:00)
"SOCAR Türkiyə" "Türkcell" şirkəti ilə birlikdə LTE şəbəkəsi yaradacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"SOCAR Türkiyə" şirkəti Əliağa yarımadasında baza stansiyalarının quraşdırılması yolu ilə "Türkcell" şirkəti ilə birlikdə LTE özəl şəbəkəsinin yaradılması üzərində işləyəcək.

Trend bu barədə bu gün Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Bununla bağlı iki şirkət arasında müvafiq saziş İstanbulda imzalanıb.

Qeyd olunur ki, sazişə əsasən, "Türkcell" "SOCAR Türkiyə"nin informasiya texnologiyaları infrastrukturu üçün LTE şəbəkəsi yaradacaq.

"SOCAR Türkiyə"nin rəqəmsal transformasiya və informasiya texnologiyaları şöbəsinin rəhbəri Hakan İrgit bildirib ki, şirkət öz sektorunda rəqəmsal transformasiya sahəsində aparıcı şirkətə çevrilmək niyyətindədir.

"SOCAR Türkiyə" rəqəmsal transformasiyaya yanaşması və strateji planlarına uyğun olaraq bu layihəni hazırlayıb. Biz rəqəmsal transformasiya yolunda çox vacib addım atırıq", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti