Bakı. Trend:
Dünya bazarında neftin qiyməti bir qədər bahalaşıb. Treyderlər Çində koronavirus məhdudiyyətləri yumşaldıqdan sonra tələb artımı perspektivini də qiymətləndirirlər.
Trend-in "Prime"a istinadən verdiyi məlumata görə, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,24% artaraq 84,88 dollar/barelə, WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,14% artaraq 79,64 dollar təşkil edib.
Qeyd edək ki, Çinin səhiyyə komitəsi hökumətin yanvarın 8-dən etibarən koronavirus məhdudiyyətlərini yumşaltmağı planlaşdırdığını açıqlayıb. Xüsusilə ölkəyə daxil olanlar üçün karantin rejimi ləğv ediləcək.