...

Üç gün davam edən artımdan sonra neftin qiyməti stabilləşib

Energetika Materials 9 Fevral 2023 11:21 (UTC +04:00)
Üç gün davam edən artımdan sonra neftin qiyməti stabilləşib

Bakı. Trend:

Dünyada neftin qiyməti üç gün davam edən artımdan sonra bu gün səhər stabilləşib.

Trend-in məlumatına görə, ticarət məlumatları bunu təsdiqləyir.

Bazarlar Türkiyə və Suriyadakı şiddətli zəlzələdən sonra neft tədarükünün perspektivlərini qiymətləndirməyə davam edir, eyni zamanda ABŞ-da neft ehtiyatları üzrə həftəlik məlumatlara diqqət yetirirlər.

Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,04% azalaraq 1 bareli 85,06 dollara, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,06 % azalaraq 1 bareli 78,42 dollara çatıb.

Bazarlar Türkiyə və Suriyadakı zəlzələnin nəticələrini qiymətləndirməyə davam edirlər. Belə ki, KİV zəlzələ nəticəsində Türkiyənin iri Ceyhan neft terminalında əməliyyatların dayandırıldığını bildirmişdi. Suriyada isə Tartus əyalətində ən böyük neft emalı zavodunun fəaliyyəti dayanıb.

İnvestorlar həmçinin ötən gün ABŞ-da həftə ərzindəki neft ehtiyatlarına dair statistikaya diqqət yetiriblər. Göstərici 2,4 milyon barel artıb, halbuki 2,5 milyon artım gözlənilirdi. Eyni zamanda neft hasilatı sutkada 100 min barel artaraq gündə 12,3 milyon barelə çatıb, distillyat və benzin ehtiyatları isə gözlənildiyindən çox artıb.

Bununla belə qiymətlərdəki artım üç gündən sonra dayanıb. Bu müddət ərzində neftin qiyməti tələbatla bağlı optimizm və tədarük üzrə gözləntilərin hesabına 7% artıb. Dünyanın ən iri neft idxalçısı olan Çinin iqtisadiyyatının bərpasına dair perspektivlər tələbatla bağlı optimist gözləntiləri dəstəkləməyə davam edir, təkliflə bağlı vəziyyətə isə rus neftinə qarşı sanksiyalar təsir göstərir.

"Ticarət iştirakçıları Çindən tələbat və Rusiyadan tədarükün necə davam edəcəyi ilə bağlı daha aydın siqnallar gözləməkdədir. Bütünlükdə neft bazarına və risk aktivlərinə daha çox qeyri-müəyyənlik gətirən isə Federal Ehtiyat Sisteminin (FED) yaxın aylardakı siyasətidir", - ING Groep NV-nin xammal strategiyası şöbəsinin rəhbəri Uorren Patterson Bloomberg agentliyinə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti