...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 9 Mart 2023 10:31 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 8-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,74 dollar ucuzlaşaraq 84,73 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,71 dollar ucuzlaşaraq 82,85 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,48 dollar ucuzlaşaraq 46,26 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 8-də 1,65 dollar ucuzlaşaraq 82,36 dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti