...

Xorvatiya İon-Adriatik boru kəmərinin gələcək maliyyələşdirilməsinə ümid edir

Energetika Materials 18 Mart 2023 11:20 (UTC +04:00)
Xorvatiya İon-Adriatik boru kəmərinin gələcək maliyyələşdirilməsinə ümid edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya İon-Adriatik boru kəmərinin (IAP) gələcək maliyyələşdirilməsinə ümid edir.

Trend-ə bu barədə Xorvatiyanın qaz nəqli sisteminin operatoru olan Plinacro şirkətindən bildiriblər.

"Qərbi Balkanlar üçün "yaşıl gündəliyin" reallaşdırılması üzrə metodik tövsiyələrdə, Qərbi Balkanlar üzrə iqtisadi və investisiyalar planı üzrə müşayiətedici sənəddə IAP dəstəklənəsi layihə olaraq qəbul edilib. Bu səbəbdən digər Aİ fondlarından da maliyyələşdirmə imkanına ümid edirik", - şirkətdən deyiblər.

Plinacro-dan verilən məlumata görə, hazırlıq mərhələsində şirkət Qərbi Balkan İnvestisiya Çərçivəsi Təşkilatı (WBIF) çərçivəsində kompleks texniki-iqtisadi əsaslandırma üçün 3,5 milyon avro, Monteneqro və Albaniya isə əlavə olaraq 4,2 milyon avro dəyərində qrant əldə ediblər.

Qeyd edək ki, İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə beş milyard kubmetr qaz təşkil edəcək.

TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb.

TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti