...

Türkiyə yanvar ayında 3,449 milyon ton neft və neft məhsulları idxal edib

Energetika Materials 2 Aprel 2023 03:50 (UTC +04:00)
Türkiyə yanvar ayında 3,449 milyon ton neft və neft məhsulları idxal edib

Bakı. Trend:

Türkiyədə 2023-cü ilin yanvar ayında neft və neft məhsulları idxalının ümumi həcmi 2022-ci ilin eyni ayına görə 3,63 faiz azalaraq 3 milyon 449 min 668 tona düşüb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsi məlumat yayıb.

Türkiyənin ümumi neft idxalında ən böyük maddə olan xam neft idxalı 13,56 faiz azalaraq 2 milyon 255 min 846 ton olub.

Dizel yanacağının idxalı 8,71 faiz artaraq 777 min 24 tona çatıb. İdxalın qalan hissəsini aviasiya yanacağı, benzin, mazut və digər neft emalı məhsulları təşkil edib.

Türkiyəyə əsas neft və neft məhsullarının ixracatçısı Rusiyadır - 1 milyon 180 min 975 ton. Sonrakı yerlərdə İraq - 917 min 656 ton və Qazaxıstan - 633 min 740 tondur qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti