...

Azərbaycan əmtəə qazının hasilatını artırıb

Energetika Materials 18 May 2023 16:18 (UTC +04:00)
Azərbaycan əmtəə qazının hasilatını artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2023-cü ilin yanvar-aprel aylarında əmtəə qazının hasilatını 2022-ci ilin analoji dövrü ilə müqayisədə 1,9 faiz artırıb.

Trend bu barədə cümə axşamı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatlarına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda təbii qaz hasilatı 16,142 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 12,215 milyard kubmetr təşkil edib. Təbii qaz hasilatı isə illik hesablamada 2,5 faiz artıb.

Komitədən verilən məlumata görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda kondensatla birlikdə 10,228 milyon ton xam neft hasil olunub ki, bunun təqribən 10,202 milyon tonu əmtəə neftinin payına düşüb. Beləliklə, Azərbaycan kondensatla birlikdə xam neft hasilatını illik hesablamada 8 faiz azaldıb. Həmçinin əmtəə neftinin hasilatı il ərzində 8 faiz azalıb.

Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycan təbii qazın yarıdan çoxunu və ya 8,4 milyard kubmetrini xarici bazarlara ixrac edib. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Avropaya (3,9 milyard kubmetr), Türkiyəyə (3,4 milyard kubmetr) və Gürcüstana (1,1 milyard kubmetr) təbii qaz ixrac edib. Hesabat dövründə TANAP vasitəsilə Türkiyəyə 1,9 milyard kubmetr təbii qaz ixrac olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti