...

Şuşada yeni yarımstansiya sınaqdan keçiriləcək

Energetika Materials 25 May 2023 13:17 (UTC +04:00)
Şuşada yeni yarımstansiya sınaqdan keçiriləcək

Trend-i buradan izləyin

Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada 35 kilovat-saat gücündə yarımstansiyanın sınaqdan keçirilməsi üzrə iş görülür.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov cümə axşamı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun 66-cı iclasında deyib.

Onun sözlərinə görə, bu növ yarımstansiyalar dünya praktikasına görə ən səmərəli və təhlükəsiz yarımstansiyalardır.

"Bu növ yarımstansiyaların sınaqdan keçirilməsi yekunlaşdıqda bütün Azərbaycan ərazisində analoji yarımstansiyaları istismara verməyi planlaşdırırıq", - o deyib.

Digər tərəfdən, E.Soltanovun sözlərinə görə, Qarabağda bərpa olunan enerji mənbələrinin yaradılması üzrə işlər görülür.

"Hesab edirəm ki, Qarabağda enerji infrastrukturunun yaradılması təcrübəsi Naxçıvanda, həmçinin ölkənin digər ərazilərində bu cür təhlükəsiz texnologiyaların yaradılması üçün nümunə olacaq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti