...

SOFAZ "Azəri-Çıraq-Günəşli"nin gəlirləri barədə məlumat verib

Energetika Materials 5 İyun 2023 18:10 (UTC +04:00)
SOFAZ "Azəri-Çıraq-Günəşli"nin gəlirləri barədə məlumat verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) 2023-cü ilin yanvar-may ayları ərzində "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan gəlirləri 2022-ci ilin analoji dövründəki 3,828 milyard dollarla müqayisədə 3,013 milyard dollar olub.

Trend bu barədə fonda istinadən xəbər verir.

Beləliklə, fondun AÇG-dən gəlirləri illik hesablamada təqribən 21,3 faiz azalıb.

bp-nin hesabatına əsasən, 2023-cü ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın ümumi həcmi 2022-ci ilin birinci rübündəki gündəlik 434 000 barellə müqayisədə gündə orta hesabla 386 000 barel olub. Beləliklə, AÇG-də hasilat illik hesablamada 11,05 faiz azalıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin son məlumatları göstərir ki, 2023-cü il mayın 1-nə AÇG-dən qaz və neft hasilatı müvafiq olaraq 208 milyard kubmetr və 6,2 milyon ton olub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti