...

Moldova Azərbaycandan qaz idxalının mümkünlüyünə ümid edir - Dövlət katibi (ÖZƏL)

Energetika Materials 8 İyun 2023 09:12 (UTC +04:00)
Moldova Azərbaycandan qaz idxalının mümkünlüyünə ümid edir - Dövlət katibi (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Moldova Azərbaycandan qaz idxalının mümkünlüyünə ümid edir.

Bu barədə Trend-ə özəl müsahibəsində Moldova Respublikasının Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan deyib.

O qeyd edib ki, 2021-ci ilədək Moldova təbii qazın bir mənbəyindən - Rusiyadan 100 faiz asılı olub.

"Biz artıq bu ölkənin təbii qazından istifadə etmirik. Moldova çox qısa bir zamanda çətin yoldan keçmək məcburiyyətində qalaraq Avropa bazarlarında təbii qaz satın alıb. Bizim bu istiqamətdə səriştəmiz yox idi. ABŞ, Aİ, həmçinin Rumıniyanın dəstəyi ilə bu gün biz Avropa bazarında təbii qaz satın alırıq. Əlbəttə ki, bunlar qısamüddətli layihələrdir və biz daha uzun müddətə, bir neçə illik müqavilələr bağlamaq istərdik. Bu gün Moldova bu həllərin axtarışındadır. Biz daha öncə də Azərbaycandan təbii qaz satın almaqda maraqlı olduğumuzu bildirmişik və ümid edirik ki, bu mümkün olacaq. Təbii qaz satın almağı nəzərdən keçirdiyimiz digər ölkələrə gəlincə, bu əlbəttə ki, özünün mənbələri olan Rumıniyadır", - K.Borasan deyib.

Bundan başqa, dövlət katibinin qeyd etdiyi kimi, Rumıniyanın ROMGAZ şirkəti Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ilə təbii qaz tədarükü barədə müqavilə bağlayıb.

"Bu müqavilə lazım gələrsə ROMGAZ-ın Moldovaya da qaz tədarük etməsini nəzərdə tutur. Biz bu gün həmçinin Energocom dövlət şirkəti vasitəsilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə layihə çərçivəsində qaz satın alırıq. Layihədə ABŞ, Ukrayna, Rumıniya, İsveçrə və Çexiyadan tədarükçülər və şirkətlər iştirak edir. Hazırda artıq satış həyata keçirən tədarükçülərin və qazı satın alan şirkətlərin görüşdüyü "EU Energy Platform" adlı platforma mövcuddur. Biz bu platformanın aydın üstünlüklərini görürük və hesab edirik ki, bu təbii qaz sahəsində uzunmüddətli əməkdaşlıq baxımından Moldova və Azərbaycan üçün də yaxşı platforma ola bilər", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti