Bakı. Trend:
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Rumıniyaya 176,4 min tondan çox neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 1,9 faizini təşkil edir.
Trend xəbər verir ki, bu göstərici illik hesablamada 3,64 faiz və ya 6,2 min ton artıb.
Qeyd olunan dövrndə Azərbaycandan Rumıniyaya neft və neft məhsulları ixracının dəyəri 112,481 milyon dollar olub. Bu isə 2022-ci ilin analoji dövrü ilə müqayisədə 8,99 faiz və ya 9,279 milyon dollar çoxdur.
Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.
(Tərcümə: Rəna Əbdürəhmanova)