...

Yunanıstan-Bolqarıstan interkonnektorunun sərbəst ötürücülük gücünün bronlanması üzrə hərrac elan edilib (YENİLƏNİB)

Energetika Materials 14 İyun 2023 15:05 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) sərbəst ötürücülük gücünün bronlanması üzrə illik hərrac elan edilib.

Bu barədə çərşənbə günü Trend-ə boru kəmərinin operatoru olan ICGB-dən məlumat verilib.

Avropanın Qaz Ötürücü Sistemləri Operatorlarının Şəbəkəsinin (ENTSOG) təqviminə əsasən, illik hərraclar iyulun 3-də iki bronlama platformasında keçiriləcək.

Boru kəmərinin Yunanıstanın Komotini şəhərində TAP və DESFA ötürmə sistemləri operatorlarının şəbəkələri ilə birləşmə nöqtəsində mövcud ötürücülük gücü PRISMA platformasında hərraca çıxarılacaq.

IGB-nin Bolqarıstanın Stara Zaqora şəhərində "Bulgartransgaz" ötürmə sistemi operatorunun şəbəkələri ilə birləşmə nöqtəsindəki ötürücülük gücü isə RBP platforması üzərindən təklif olunacaq.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti