...

Azərbaycan yataqlarından yeni qaz həcmləri yaxında əlçatan ola bilər

Energetika Materials 22 İyun 2023 13:53 (UTC +04:00)
Azərbaycan yataqlarından yeni qaz həcmləri yaxında əlçatan ola bilər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yataqlarından yeni qaz həcmləri çox yaxında əlçatan ola bilər.

Trend cümə axşamı xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

Söhbət "Abşeron", "Ümid", "Babək" kimi yataqlardan, həmçinin "Azəri-Çıraq-Günəşli" blokundakı "dərin qaz" yataqlarından gedir.

"Alıcılarla uzunmüddətli alqı-satqı müqavilələri imzalanarsa, bu həcmlər çox yaxında əlçatan ola bilər", - V.Bəylərbəyov "S&P Global Commodity Insights"a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın qaz tədarükləri üzrə hədəflərə nail olmaqda çətinliklərlə üzləşəcəyinə dair narahatlıqlar əsassızdır.

"Bizim ehtiyatlarımız və Azərbaycanla Aİ arasındakı memorandum çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraq bu ehtiyatların işə salınmasına dair planlarımız var", - V. Bəylərbəyov deyib.

O, alıcı və tədarükçülərlə həm qısamüddətli, həm də uzunmüddətli tədarüklər üzrə danışıqların davam etdiyini bildirib.

Bundan başqa, SOCAR-ın vitse-prezidentinin müavininin qeyd etdiyi kimi, Azərbaycan Türkiyənin qaz habının inkişafı üzrə planlarını diqqətlə izləyəcək.

"Türkiyə bizim qaz biznesi üzrə tərəfdaşımızdır və bu olduqca vacibdir. Əlbəttə, bu layihəni əsaslı şəkildə öyrənmək istərdik və məqsədlərimizə xidmət edəcəyi təqdirdə bu layihədə iştirak edəcəyik", - deyə o açıqlayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti