...

İonik-Adriatik boru kəmərinin (IAP) tikintisinin yekunlaşacağı vaxt məlum oldu

Energetika Materials 27 İyul 2023 15:27 (UTC +04:00)
İonik-Adriatik boru kəmərinin (IAP) tikintisinin yekunlaşacağı vaxt məlum oldu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İon-Adriatik boru kəmərinin (IAP) tikintisi 2028-ci ilin sonunadək və ya 2029-cu il ərzində yekunlaşa bilər.

Trend xəbər verir ki, Xorvatiyanın layihədə iştirak edən "Plinacro" şirkətinin məlumatında işlərin COVID-19 pandemiyasına qədərki sürətlə davam edəcəyi təqdirdə bunun mümkün olacağı qeyd edilib.

Bundan başqa, Xorvatiya, Monteneqro, Albaniya, Bosniya və Herseqovinanın iştirakı ilə layihələrin idarə olunması üzrə birgə şirkətin 2023-cü ilin sonunadək yaradılacağı gözlənilir. Şirkətin baş ofisi Xorvatiyanın Split şəhərində yerləşəcək.

"Plinacro"dan verilən məlumata görə, qaz kəmərinin Xorvatiya hissəsinin inşasına hazırlıq artıq qabaqcıl mərhələdədir.

"Hazırda layihə sənədlərinin hazırlanmasına 3 milyon avro investisiya qoymuşuq. Artıq birinci hissənin tikintisi üçün icazə almışıq və ikinci hissənin tikintisi üçün bir neçə ay sonra icazə alacağımıza ümid edirik. Son hesablamalara görə, IAP-ın 252 km uzunluqdakı Xorvatiya hissəsinə investisiyaların ümumi həcmi 700 milyon avro təşkil edəcək. Maliyyələşdirmə Aİ vəsaitləri və milli resurslar hesabına təmin olunacaq", - deyə "Plinacro"dan bildirilib.

Qeyd edək ki, İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə beş milyard kubmetr qaz təşkil edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti