Naxçıvan. Trend:
Növbəti il İğdır-Naxçıvan qaz kəməri ilə bağlı işləri tamamlayacağıq.
Trend xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunda Azərbaycan energetika naziri Pərviz Şahbazovla bərabər keçirdiyi brifinq zamanı deyib.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr enerji sahəsində daha da möhkəmlənir.
"Bakı-Tbilisi-Ceyhan kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP boru xətti layihələrimizin yanında artıq İğdır-Naxçıvan qaz kəməridə var. Növbəti il Iğdır-Naxçıvan qaz kəmərini tamamlayacağıq.
Bu bölgənin günəş və külək enerjsi istiqamətində potensialını Türkiyə ilə birləşdirəcək layihələri inkişaf etdiririk. Əlbəttə, indi bu forumun əhəmiyyəti daha böyükdür. İki etibarlı təchizatçılar olaraq,Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verəməyə davam edəcəyik", - deyə nazir əlavə edib.
Qeyd edək ki, bu gün Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilib.
Naxçıvan Biznes Mərkəzində keçiriləcək konfransda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri və digər rəsmi şəxslər iştirak edəcək. Tədbir çərçivəsində "enerji keçidi", "yaşıl enerji zonası", "Naxçıvanın yaşıl enerji potensialı" və digər mövzularda plenar sessiyaların keçirilir, Azərbaycan və Türkiyənin bir sıra yüksək vəzifəli şəxsləri çıxış edib.
Xatırladaq ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.