...

"Petkim" "STAR" NEZ-in dolayı səhmdarı oldu

Energetika Materials 3 Oktyabr 2023 11:39 (UTC +04:00)
"Petkim" "STAR" NEZ-in dolayı səhmdarı oldu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Petkim" neft-kimya kompleksi Türkiyədə 12 faiz payla "STAR" neft emalı zavodunun (NEZ) dolayı səhmdarı olub.

Trend bu barədə "SOCAR Türkiyə"yə istinadən xəbər verir.

Məlumata görə, "Petkim"in 2018-ci ildə səhm alışı üzrə elan etdiyi mühüm sövdələşmə oktyabrın 2-də bütün şərtlərə riayət etməklə başa çatıb.

"Səhm alışı üzrə sövdələşmə sayəsində "Petkim" dolayı yolla "STAR Rafineri A.Ş."də 12 faizlik pay sahibi olub. Sövdələşmənin məbləği 480 milyon ABŞ dollarıdır. Bu sövdələşmə bu ilin 4-cü rübündən başlayaraq "Petkim"in birləşdirilmiş maliyyə hesabatlarına təsir göstərəcək", - deyə şirkətdən bildiriblər.

Xatırladaq ki, "SOCAR Türkiyə" kommersiya fəaliyyətinə 2008-ci ildə "Petkim"in 51 faizlik səhmlərini əldə etdikdən sonra başlayıb.

Şirkət neft kimya məhsullarının istehsalı, təbii qazın emalı, ticarəti və paylanması ilə məşğuldur.

İnvestisiya dəyəri 6,3 milyard olan STAR NEZ 2018-ci ilin oktyabrında istismara verilib. İllik emal gücü təqribən 10 milyon ton təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək qabiliyyətinə malikdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti