...

"Çələkən" yatağından hasil olunan neft BTC ilə nəql oluna bilər (ÖZƏL)

Energetika Materials 28 Noyabr 2023 10:05 (UTC +04:00)
"Çələkən" yatağından hasil olunan neft BTC ilə nəql oluna bilər (ÖZƏL)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistandakı "Çələkən" yatağından hasil olunan neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql oluna bilər.

Bu barədə Trend-ə "Dragon Oil GOTECH" şirkətinin kəşfiyyat və hasilat üzrə idarəedici direktoru, baş direktoru, direktorlar şurasının sədri Əli Rəşid Əl Carvan deyib.

"Türkmənistandakı "Çələkən" yatağından hasil olunan neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql etmək üçün potensial imkan var. BTC neft nəqli üçün yaxşı aktivdir. Bunu BTC vasitəsilə etmək imkanı yaxşı fikirdir. Yəni bu mümkündür", - o deyib.

Qeyd edək ki, hazırda BTC boru kəməri ilə əsasən "Azəri-Çıraq-Günəşli" yatağından xam neft və "Şahdəniz" yatağından kondensat nəql olunur. Bundan başqa, BTC vasitəsilə Qazaxıstan və Türkmənistandan daneft və kondensat həcmləri nəql olunur.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti