...

IGB operatoru boru kəməri marşrutu boyunca bütün bələdiyyələrə maliyyə yardımı göstərir

Energetika Materials 23 Aprel 2024 14:53 (UTC +04:00)
IGB operatoru boru kəməri marşrutu boyunca bütün bələdiyyələrə maliyyə yardımı göstərir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ICGB şirkəti əsas diqqəti kiçik yaşayış məntəqələrinə yönəltməklə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) marşrutu boyunca bütün bələdiyyələrə maliyyə yardımı göstərir.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Kampaniya çərçivəsində 12 bələdiyyə üçün ümumilikdə 156 min 170 avro ayrılacaq. Bütünlükdə kampaniyadan Bolqarıstanda 64, Yunanıstanda isə 7 kənd fayda əldə edəcək.

182 kilometr uzunluqda interkonnektor Xaskovo, Dimitrovqrad, Stara Zaqora, Kırcali (Bolqarıstan) və Komotini bölgələrindən keçir.

"Hər bir bələdiyyə vəsaitdən necə istifadə edəcəyinə fərdi qaydada qərar verə biləcək. Beləliklə, ICGB icmalara hər bir məntəqə üçün prioritet olan konkret ehtiyaclarını qarşılamaq imkanı verir. Artıq kənd təsərrüfatı texnikası, ictimai oyun meydançaları üçün avadanlıq əldə etmək, yerli idman komandalarına dəstək, eləcə də dini məbədlərin təmiri və təminatı üçün materiallar əldə etmək üçün ianələrdən istifadə ilə bağlı sorğular göndərilib", - deyə ICGB-dən bildiriblər.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.

İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti