...

Azərbaycan və Maldiv arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə edilib

Energetika Materials 16 Yanvar 2025 16:56 (UTC +04:00)
Azərbaycan və Maldiv arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Maldiv arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanların araşdırılması və təşəbbüslərin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Trend xəbər verir ki, bu, Azərbaycan Respublikasının hökumət missiyasının Maldiv Respublikasına səfəri çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və “Invest Maldives” İnvestisiyaların Təşviqi Agentliyi arasında görüşü zamanı baş tutub.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev daşınmaz əmlak, “yaşıl” enerji, turizm və nəqliyyat sektorlarında əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb. “Invest Maldives” Agentliyinin baş direktoru Nuha Mohamed Riza isə Maldiv adalarının investisiya potensialı, xüsusilə turizm və "yaşıl" enerji sektorlarındakı üstünlüklər, eləcə də Azərbaycan şirkətlərinin Maldiv adalarına investisiya yatırması üçün mövcud olan imkanlar barədə danışıb.

Görüşdə həmçinin tərəflər arasında Ümumdünya İnvestisiyaların Təşviqi Agentlikləri Assosiasiyası (WAIPA) vasitəsilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti