Bakı. Trend:
2024-cü ilin noyabr ayında Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə yerləşən “STAR” neft emalız zavoduna neft tədarükləri 2023-cü ilin noyabr ayı ilə müqayisədə 16,71% azalıb.
Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Nizamlanması İdarəsinə (EPDK) istinadən xəbər verir.
2024-cü ilin noyabr ayında NEZ-a 843,759 ton neft daxil olub ki, bu da öncəki təqvim ilinin noyabr göstəricisi ilə müqayisədə (1,013 milyon ton) 16,71% azdır.
Neft tədarükü həcmlərinin azalmasına rəğmən, STAR NEZ 2024-cü ilin noyabr ayında müxtəlif neft məhsulları üzrə yüksək istehsalat nəticələri göstərməyə davam edib. Belə ki, zavod 569,461 ton dizel yanacağı, 5,982 ton avia yanacağı, 109,520 ton digər neft məhsulları, 102,286 ton ağır vakuum qaz yağı, 23,736 ton sıxılmış qaz (LPG), 118,404 ton nafta, 65,331 ton neft koksu və 32,190 ton yüksək-kükürdlü dizel yanacağı istehsal edib.
Qeyd edək ki, STAR NEZ 19 oktyabr 2018-ci ildə fəaliyyətə başlayıb. O neft emalı və neft kimyasının inteqrasiyasını təmin edir və Türkiyənin real sektoruna qoyulmuş ən iri investisiya sayılır.
2024-cü ilin sonundan bəri zavodun neft emalı gücü ilə 13 milyon ton təşkil edib. 2023-cü ildə güclərdən istifadə əmsalı 117,1% civarında olub. Zavod geniş çeşiddə neft məhsulları istehsal edərək Türkiyənin emal olunmuş yanacağa olan tələbatının təxminən 18%-ni ödəyir. Xüsusilə, nafta istehsalı Petkim neft-kimya kompleksinin xammal ehtiyaclarını demək olar ki, tam şəkildə qarşılayır.
X: @Lyaman_Zeyn