Bakı. Trend:
2024-cü ilin dördüncü rübündə “Equinor” (Norveç) şirkətinin Azərbaycan şelfində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokunda pay iştirakı əsasında orta sutkalıq karbohidrat hasilat həcmi günə 16, 600 barrel neft ekvivalenti təşkil edib.
Bu haqda Trend şirkətin təqdim etdiyi məlumata əsasən xəbər verir.
Bu göstərici 2023-cü ilin dördüncü rübü ilə müqayisədə azalıb. Qeyd olunan dövrdə hasilat günə 25, 300 barrel neft ekvivalentində olub ki, bu da illik 34,4 faizlik geriləməni əks etdirir.
Həmçinin, rüblük ifadədə də hasilatın azalması (33,6 faiz) qeydə alınıb. 2024-cü ilin üçüncü rübündə “Equinor”un AÇG-dəki hasilatı sutkada 25 000 barel neft ekvivalenti təşkil edirdi.
Xatırladaq ki, 2023-cü ilin dekabr ayının sonunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Equinor”un "Azəri-Çıraq-Günəşli", "Qarabağ" layihələrində və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində payına sahib olub.
Sövdələşmədən əvvəl “Equinor” AÇG yataqlarında 7,27%, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində 8,71% və "Qarabağ" yatağında 50% paya malik idi. Əvvəllər SOCAR-ın AÇG-də 25%, BTC-də 25% və "Qarabağ" yatağında 50% payı var idi.
X: @Lyaman_Zeyn