Bakı.Trend:
Şimali Makedoniya Azərbaycandan qaz tədarükləri ilə bağlı uzunmüddətli müqavilələrin bağlanmasının mümkünlüyünü müzakirə edəcək.
Bunu Trend-ə Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və təbii sərvətlər naziri Sanya Bojinovska Cənub Qaz Dəhlizi üzrə Məşvərət şurasının aprelin 4-də Bakıda keçiriləcək iclası ərəfəsində verdiyi özəl müsahibədə bildirib.
O, Cənub Qaz Dəhlizinin Məsləhət Şurasının qarşıdakı iclasında Şimali Makedoniyanın regional enerji bazarının daha rəqabətədavamlı və sabit hissəsi olmağa sadiq olduğunu bir daha təsdiqləyəcəyini və eyni zamanda, regionun enerji təchizatının gələcəyinin formalaşdırılmasının fəal iştirakçısı olacağını vurğulayıb.
“Ölkə enerji əlaqəliliyinin yaxşılaşdırılması təbii qaz tədarükü təhlükəsizliyinin gücləndirilməsi və yaşıl keçid prosesinin dəstəklənməsinə yönəlmiş konkret mövqelər və təşəbbüsləri ortaya qoyacaq. Müzakirələr TAP qaz kəməri və Cənub Qaz Dəhlizi çərçivəsində alternativ marşrutlar vasitəsilə Azərbaycanla uzunmüddətli qaz təchizatı sazişlərinin imzalanması imkanlarına, həmçinin, sabit və rəqabətədavamlı qiymətlərin təmin olunmasına yönəldiləcək.
Bundan savayı, Yunanıstanla qaz interkonnektorunun strateji əhəmiyyəti vurğulanacaq ki, bu da Aleksandropolisdən sıxılmış təbii qaz və TAP vasitəsilə Azərbaycan qazı daxil olmaqla, müxtəlif qaz mənbələrinə çıxışı təmin edəcək. Şimali Makedoniya bu layihənin başa çatdırılmasına sadiqliyini bir daha təsdiqləyəcək və onun əməli tətbiqi üçün dəstək axtaracaq”, - deyə nazir bildirib.
X: @Lyaman_Zeyn