...

Azərbaycanda əlverişsiz hava şəraiti ilə əlaqədar bp hansı tədbirləri görür?

Energetika Materials 15 Aprel 2025 11:25 (UTC +04:00)
Azərbaycanda əlverişsiz hava şəraiti ilə əlaqədar bp hansı tədbirləri görür?
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp Azərbaycanda əlverişsiz hava şəraiti zamanı həm dənizdə, həm də quruda əməliyyatlar üçün xüsusi təhlükəsizlik qaydaları və prosedurlarına malikdir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq bp-dən bildirilib.

"Bu siyasət və prosedurlar əvvəlcədən hava proqnozlarına əsasən aktivləşdirilir və bütün obyektlərimizdə bütün işçilər tərəfindən ciddi şəkildə yerinə yetirilir. Müəyyən edilmiş təhlükəsizlik standartlarına uyğun olaraq, açıq havada işlər ümumiyyətlə məhdudlaşdırılır, digər əməliyyatlar isə normal qaydada davam edir", - şirkətdən bildiriblər.

Qeyd edək ki, aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm-dir, bu da aylıq normanın 26 %-ni təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti