Bakı. Trend:
Füzuli rayonu Qoçəhmədli, Qarğabazar və Cuvarlı yaşayış məntəqələri xarici elektrik təchizatı ilə təmin olunacaq.
Trend-in əldə etdiyi məlumata görə, bu məqsədlə yaşayış məntəqələri üzrə 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xətti çəkiləcək.
Belə ki, artıq bununla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində (ASC) müvafiq işlərə start verilib.
ASC hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.
Eyni zamanda, ASC görüləcək işlərin 1,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.