...

Kulevi neft terminalı vasitəsilə 2024-cü ildə neft məhsullarının ixracı strukturu açıqlanıb (ÖZƏL)

Energetika Materials 18 Aprel 2025 09:33 (UTC +04:00)
Kulevi neft terminalı vasitəsilə 2024-cü ildə neft məhsullarının ixracı strukturu açıqlanıb (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ona məxsus olan Kulevi neft terminalı vasitəsilə 2024-cü ildə neft məhsullarının ixracı strukturu barədə məlumatları təqdim edib.

Trend-in sorğusuna SOCAR-dan verilən cavaba əsasən, 2024-cü il ərzində terminal vasitəsilə nəql olunan Azərbaycan mənşəli ultra aşağı kükürdlü dizel ( ULSD) yanacağının həcmi 90,8 min ton təşkil edərək, 2023-cü illə müqayisədə 19,5 min ton artıb.

Bundan əlavə, Azərbaycan mənşəli digər neft məhsulları da Kulevi terminalı vasitəsilə uğurla ixrac edilib.

2024-cü il ərzində:

* Metanol – 484,9 min ton

* Vakuum qazoili – 215,8 min ton

* Dizel – 25,5 min ton

* Maye piroliz qətranı – 89,7 min ton

* Mazut – 24,9 min ton

* Ağır piroliz qətranı – 10,6 min ton

* Nafta – 8,6 min ton

* Piroliz qazları – 3,2 min ton

Qeyd edək ki, SOCAR-ın idarə etdiyi Kulevi Terminalı və Dəniz Limanı 16 may 2008-ci il tarixindən fəaliyyətə başlayıb.

Terminal karbohidrogenlərin və neft-kimya məhsullarının daşınması üçün nəzərdə tutulub. Göstərilən xidmətlərə dəmir yolu ilə karbohidrogenlərin və neft-kimya məhsullarının qəbulu, çənlərə daşınması, saxlanması, dəniz gəmilərinə yüklənməsi və liman qurğularının istismarı daxildir.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti