...

bp-nin vitse-prezidenti 1997-ci ildən bəri AÇG-dən hasilatın həcmini açıqlayıb

Energetika Materials 21 Aprel 2025 19:12 (UTC +04:00)
bp-nin vitse-prezidenti 1997-ci ildən bəri AÇG-dən hasilatın həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

1997-ci ildə hasilata başlanandan indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4,5 milyard bareldən çox neft hasil edilib.

Trend-in məlumatına görə, bu barədə bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli sosial şəbəkədə yazıb.

"bp və onun layihə tərəfdaşları AÇG əməliyyatlarına təqribən 45 milyard dollar sərmayə qoyub. Layihə Azərbaycan dövlətinə təxminən 56 milyard kubmetr səmt qazı tədarük edib.

Bundan əlavə, 2024-cü ilin sonuna olan məlumata görə, Dövlət Neft Fondu AÇG layihəsindən 178 milyard dollardan çox gəlir əldə edib”.

Xəbər lenti

Xəbər lenti