Bakı. Trend:
Bu ilin birinci yarısında bp və onun tərəfdaşları Bakı-Tibilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 60 milyon dollar, əsaslı xərclərə isə 30 milyon dollar vəsait xərcləyib.
Bu barədə Trend bp-yə istinadən xəbər verir.
Məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,5 milyon dollar (14,9%) az, 12,3 milyon dollar (69,5%) çoxdur.
Qeyd edilib ki, cari ilin ilk altı ayı ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 106 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənib və yola salınıb.
“1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 605 milyon ton (təqribən 4,6 milyard barel) xam neft nəql edilib və Ceyhanda 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 106 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənmiş və yola salınıb”, - məlumatda qeyd edilib.
BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.