...

Rusiya Azərbaycandan elektrik enerjisi alışını azaldıb

Energetika Materials 13 Noyabr 2025 20:20 (UTC +04:00)
Rusiya Azərbaycandan elektrik enerjisi alışını azaldıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya təqribən 82,6 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 3,6 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 55,4 milyon kVt/saat və ya 40,1%, dəyər ifadəsi ilə 3,9 milyon ABŞ dolları, yaxud 52,4% azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 9 ayı ərzində Rusiyadan Azərbaycana 2,4 milyon ABŞ dolları dəyərində, 68,4 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 400 min ABŞ dolları və ya 19,8% çox, həcm ifadəsində isə 1,8 milyon kVt/saat və ya 2,6% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 53,8 milyon ABŞ dolları dəyərində, 940,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 5,9 milyon ABŞ dolları dəyərində 134,5 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti