...

Azərbaycan 9 ayda İrana 680 min dollarlıq elektrik enerjisi satıb

Energetika Materials 14 Noyabr 2025 10:37 (UTC +04:00)
Azərbaycan 9 ayda İrana 680 min dollarlıq elektrik enerjisi satıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İran İslam Respublikasına təqribən 23,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 680 min ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 3,6 milyon kVt/saat və ya 13%, dəyər ifadəsi ilə 101 min ABŞ dolları, yaxud 12,9% azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 9 ayı ərzində İrandan Azərbaycana 619 min ABŞ dolları dəyərində 21,8 milyon kVt/saat elektrik enerjisi satılıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 130 min ABŞ dolları və ya 17,3%, həcm ifadəsində isə 4,6 milyon kVt/saat və ya 17,3% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 53,8 milyon ABŞ dolları dəyərində, 940,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 5,9 milyon ABŞ dolları dəyərində 134,5 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti