...

"S&P" "AzərEnerji"nin 2025-2026-cı illər üzrə kapital xərcləri ilə bağlı proqnozunu təqdim edib

Energetika Materials 5 Dekabr 2025 15:32 (UTC +04:00)
"S&P" "AzərEnerji"nin 2025-2026-cı illər üzrə kapital xərcləri ilə bağlı proqnozunu təqdim edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“S&P Global Ratings”in məlumatına görə, “Azərenerji” nin kapital xərclərinin 2025-ci ildə 650–670 milyon manat səviyyəsində olacağı, 2026-cı ildə 550–570 milyon manata qədər azalacağı gözlənilir.

Trend bu barədə agentliyə istinadən xəbər verir.

“Nəticə etibarı ilə, 2025-ci ildə 160–180 milyon manat həcmində mənfi sərbəst əməliyyat pul axını proqnozlaşdırırıq və 2026-cı ildə bu göstəricinin neytral səviyyəyə çatacağını gözləyirik. Dövlət kapital yatırımları borcun xidmətinə dair xərclərin bir hissəsini qarşılmalı, planlı amortizasiya ödənişləri isə borc yükünün cüzi azalmasına gətirib çıxarmalıdır. Beləliklə, biz əməliyyat fəaliyyətindən əldə olunan pul vəsaitlərinin borca nisbətinin proqnoz dövrü ərzində rahat şəkildə 30 faizdən yuxarı olacağını proqnozlaşdırırıq”, – "S&P" hesabatında qeyd olunur.

Agentlik bildirir ki, yüksək kapital xərcləri tələblərinə baxmayaraq, “Azərenerji”nin kredit göstəriciləri sabit qalacaq. Şirkət hidroelektrik stansiyalar da daxil olmaqla bir neçə enerji istehsalı obyektinin istismara verilməsini və bərpa olunan enerji layihələrinə sərmayə yatırılmasını planlaşdırır.

“Dövlət dəstəyi əsas kredit risklərini kompensasiya edir. "Azərenerji" valyuta volatilliyinə (borcun demək olar ki, hamısı xarici valyutada nominallaşdırılıb, gəlirlərin isə demək olar ki, hamısı manatladır), şirkətin bütün vəsaitlərini saxladığı zəif daxili bank sisteminə və dövriyyə kapitalının və ya kapital xərclərinin potensial artımına məruz qalır. Hökumət şirkətin bütün borcuna zəmanət verir və ya ona sahibdir, həmçinin kapital qoyuluşlarını təmin edir ki, bu da gözləntimizə görə orta müddətli perspektivdə davam edəcək. Şirkət kapital qoyuluşları, borc ödənişləri, vergi güzəştləri və sıfır dividendlər daxil olmaqla geniş spektrdə dövlət dəstəyi alır. Bu isə "Azərenerji"nin Azərbaycan hökuməti üçün əsas iqtisadi və sosial rolunu əks etdirərək, ehtiyac yarandığı halda vaxtında və yetərli fövqəladə dəstəyin yüksək ehtimalını təsdiqləyir”, – hesabatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti