Bakı. Trend:
Ukraynanın "Naftoqaz" şirkəti ölkənin enerji sistemini sabitləşdirmək məqsədilə bu həftə Avropadan elektrik enerjisi idxalını artırıb.
Trend-in məlumatına görə, bu barədə şirkətdən bildiriblər.
"Hökumət qərarında nəzərdə tutulduğu kimi, idxal olunan elektrik enerjisi alışının həcmi artıq bütün Naftogaz müəssisələrinin ehtiyaclarının 50%-dən çoxunu ödəyir", - deyə şirkətin idarə heyətinin sədri Sergey Koretski qeyd edib.
Onun sözlərinə görə, müvafiq həcmdə elektrik enerjisi məişət istehlakçılarının ehtiyacları üçün sərbəstləşdirilib.