Bakı. Trend:
Bu həftə “Azeri Light CIF”, “Azeri Light FOB Ceyhan” və “Dated Brent” markalı neftin orta qiymətləri artıb.
Trend xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan Azeri Light CIF markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,52 ABŞ dolları və ya 3,7% artaraq bir barel üçün 70,76 ABŞ dolları təşkil edib.
Həftə ərzində bir barelin maksimal qiyməti 73,35 ABŞ dolları, minimal qiyməti isə 67,86 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 70,74 ABŞ dolları səviyyəsində olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 2,44 ABŞ dolları və ya 3,7% çoxdur.
Həftə üzrə ən yüksək qiymət 70,74 ABŞ dolları, minimal qiymət isə 65,25 ABŞ dolları təşkil edib.
Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,37 ABŞ dolları və ya 9,3% artaraq bir barel üçün 39,47 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 42,10 ABŞ dolları, minimal qiymət isə 36,56 ABŞ dolları səviyyəsində qeydə alınıb.
“Dated Brent” markalı neftin orta qiyməti bir barel üçün 70,40 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 3,04 ABŞ dolları və ya 4,5% çoxdur. Həftə ərzində bu neftin maksimal qiyməti 72,71 ABŞ dolları, minimal qiyməti isə 67,82 ABŞ dolları olub.
|
Neft/Tarix |
19.01.2026 |
20.01.2026 |
21.01.2026 |
22.01.2026 |
23.01.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
$67.86 |
$69.31 |
$70.37 |
$72.89 |
$73.35 |
$70.76 |
|
Azeri Light FOB Ceyhan |
$65.25 |
$66.64 |
$67.77 |
$70.31 |
$70.74 |
$68.14 |
|
Urals (EX NOVO) |
$36.56 |
$37.97 |
$39.10 |
$41.64 |
$42.10 |
$39.47 |
|
Dated Brent |
$67.82 |
$69.09 |
$70.00 |
$72.36 |
$72.71 |
$70.40 |
