...

OPEC Azərbaycanda yanvar ayı üzrə xam neft hasilatı barədə hesabatını açıqladı

Energetika Materials 11 Fevral 2026 18:23 (UTC +04:00)
OPEC Azərbaycanda yanvar ayı üzrə xam neft hasilatı barədə hesabatını açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanda xam neftin hasilatı orta hesabla təxminən günə 459 min barrel təşkil edib.

Trend xəbər verir ki, bu barədə OPEC-in hesabatında qeyd olunur.

Təşkilatın məlumatına görə, bu göstərici 2025-ci ilin dekabr ayı ilə müqayisədə dəyişməz qalıb, lakin həmin ilin noyabr ayı ilə (günə 457 min barel) müqayisədə artıb.

Bundan əlavə, OPEC-dən bildirilib ki, 2025-ci ildə ölkədə neft hasilatı orta hesabla günə 461 min barel təşkil edib. Bu göstərici 2024-cü ildə günə 481 min barel olub.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə qaz kondensatı daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmdən 16,2 milyon tonu “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağının, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Hesabat dövründə qaz kondensatı daxil olmaqla 23,1 milyon ton neft ixrac olunub. Bunun 20 milyon tonu konsorsiumlar, 2,5 milyon tonu SOCAR, 0,6 milyon tonu isə JOCAP tərəfindən təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti