...

BP ŞİRKƏTİ AZƏRBAYCANIN ƏLAVƏ NEFT-QAZ STRUKTURLARININ İŞLƏNMƏSİNDƏ MARAQLIDIR

Energetika Materials 28 İyun 2005 14:10 (UTC +04:00)

Azərbaycanın Sənaye və Energetika Nazirliyi (SEN) BP-nin işləyəcəyi yeni yatağın persprektiv Iki Gardash Dashi dəniz strukturunun olacağını istisna etmir. Nazirlikdən "Tpend"ə verilən məlumatda bildirilir ki, BP Xəzərin Azərbaycan sektorunda yeni yataqların işlənməsindən marağı olduğunu artıq rəsmən bəyan edib.

AR DNŞ-dən "Tpend"ə verilən məlumatda bildirilir ki, Iki Gardash Dashi strukturu dənizdə Bakıdan 30-35 km şimalda yerləşir. Strukturun AR DNŞ mütəxəssisləri tərəfindən perspektivli yataq olduğu etiraf edilib. 1970-80-ci illərdə kartoqrafiya məqsədilə burada bir neçə o qədər də dərin olmayan quyu qazılıb. Dərinliyi 150-200 metrə çatan quyularda qazma işləri xüsusi gəmilər vasitəsilə həyata keçirilib. İşlərin gedişi zamanı dənizini dibinin geoloji xəritəsi hazırlanıb.

Hazırda BP Xəzərin Azərbaycan sektorunun ən iri operatorudur.

Xəbər lenti

Xəbər lenti