...

SALYAN OIL "KÜRSƏNGİ-QARABAĞLI" YATAĞINDA SONUNCU QUYUNUN QAZINTISINA BAŞLAYIB

Energetika Materials 27 İyul 2005 11:46 (UTC +04:00)

Salyan Oil (SOL) əməliyyat şirkəti "Kürsəngi-Qarabağlı" yatağında sonuncu quyunun qazıntısına başlayıb. AR DNŞ-də Trend ə verilən məlumata görə, kəşfiyyat quyusu "Qarabağlı" yatağında qazılıb.

Quyunun layihə dərinliyi 4000 metrdən artıqdır. "Hazırda quyu 300 metrdən artıq dərinlikdə qazılıb", - deyə AR DNŞ-də bildirilib. Quyuların qazılması üzrə SOL podratçıları Çinin Great Wall Drilling şirkətidir.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, quyunun qazılmasına ən azı 4 ay vaxt lazımdır. SOL AR DNŞ qarşısında əvvəlki kəşfiyyat quyusunun qazılması üzrə öhdəliklərini yerinə yetirib. DNŞ kəşfiyyat quyusunun qazıntısının başa çatdığını təsdiq edib. Quyunun dərinliyi 4300 metrdir.

"Kürsəngi-Qarabağ" yatağının geoloji ehtiyatları 100 mln ton neft, neftçıxarma əmsalı isə 0,2-0,3-dür. Hazırda yatağın 20% hazırdır.

Xəbər lenti

Xəbər lenti