...

AZƏRNEFTYAĞ İLİN SONUNADƏK MAZUT İXRAC ETMƏYƏCƏK

Energetika Materials 29 İyul 2005 16:10 (UTC +04:00)

ARDNŞ-in tərkibinə daxil olan Azərneftyağ NEZ ilin sonunadək mazut ixrac etməyi planlaşdırmır.Bu barədə Trend agentliyinə NEZ-də bildirilib.
"İstehsal olunan birbaşaqovulan M-40 mazut tamamilə "Heydər Əliyev adına" (keçmiş Azərneftyanacaq) NEZ-ə göndəriləcək, 6 min ton isə daxili bazarda satılacaq "- deyə zavodda bildirilib.

"Heydər Əliyev adına" NEZ krekinq mazutu və bir sıra digər neft məhsullarını alaraq birbaşaqovulan mazut emal edir. Krekinq mazutu Gürcüstan bazarında satılır, böyük həcmi isə Batumi FOB şərtilə ixrac edilir.

İlin əvvəlindən Azərneftyağ NEZ təxminən 200 min ton birbaşa qovulan mazut ixrac edib. İyulda bu neft məhsulundan 144,3 min ton ixrac edilib.

Sinqapurun Petrofarm şirkəti ilə müqaviləyə əsasən, Azərneftyağ cari ildə şirkətə Batumiyə 300 min ton mazut daşımağı təklif edib. "Şirkətə bu gün yalnız 200 min ton mazut yüklənib" -deyə NEZ-də bildirilib.

NEZ-də bildirilib ki, "Azərneftyağ" 2005-ci ildə ümumilikdə təxminən 2 mln ton neft məhsulu ixrac etmyəi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti