...

BTC NEFTİNİN KEYFİYYƏT BANKININ YARADILMASI ÜÇÜN KOMİTƏ TƏŞKİL EDİLİB

Energetika Materials 12 Avqust 2005 16:49 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi çərçivəsində neftin keyfiyyət Bankının yaradılması üçün komitə təşkil edilib.Komitənin tərkibinə BP, BTC Co və Dövlət neft şirkətinin nümayəndələri daxildir. Avqustun 12-də keçirilən mətbuat konfransında bu barədə ARDNŞ rəhbəri və BTC Co.-nun baş direktoru Natiq Əliyev bildirib.

" Qazaxıstan nefti BTC ilə nəql edildikdən sonra biz keyfiyyət bankını mütləq təşkil edəcəyik və əgər Qazaxıstan nefti Azərbaycan neftinin keyfiyyətini aşağı salsa, onda Azərbaycan, BTC CO və xammalı nəql edənlərə kompensasiya ödənəcək" -deyə o bildirib. BTC boru kəməri 2005-ci ilin sonunda istismara veriləcək.

Qazaxıstanın "Kaşağan" layihəsinin bəzi iştirakçıları BTC ilə ildə 7,5 mln.ton neft tədarükü üzrə öhdəlik götürüb. "Kaşağan" yatağının 2008-2009-cu illərdən başlayaraq işlənib-hazırlanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti