...

İİN BARMEK AZERBAYCAN VƏ BAYIA-ENERJI İNVESTİSİYA PROQRAMLARINI BAXILMAQ ÜÇÜN SEN-Ə TƏQDİM EDİB

Energetika Materials 5 Sentyabr 2005 16:06 (UTC +04:00)

İqtisadi İnkişaf nazirliyi (İİN) Barmek Azerbaycan (Bakı və Sumqayıt enerji paylayıcı şəbəkəsinin operatoru) və Bayva-Enerji (Bayva-Qerbenerji və Bayva-Jenubenerji enerji paylayığı şəbəkəsinin operatoru) investisiya proqramlarını baxılmaq üçün sənaye və enegetika nazirliyinə (SEN) təqdim edib.Bu barədə Trend agentliyinə nazirlikdə bildirilib.

"SEN hələlik öz orəyini bildirməyib, amma baxıldıqdan sonra onların bəzi texniki iradları olacaq.Bu iradlara baxıldıqdan sonra sənədlərin son variantı hazırlanacaq" -deyə nazirlikdə bildirilib.

İnvestisiya proqramları 2005-2007-ci illərdə elektrik şəbəkəsinin inkiafını əhatə edir.Proqramda elektrik şəbəkəsinin hazırkı vəziyyəti, inkişaf yolları, nəzərdə tutulmuş işlərin həcmi, investisiyalar və s. Öz əksini tapıb. "Bizim məqsədimiz qısa müddət ərzində orda nəzərdə tutulmuş işlərin gerçəkləşdirilməsi üçün proqramı təqdir etməkdir.

Amma proqramın baxılma mərhələsində olmasına baxmayaraq şirkətlər tərəfindən elektrik şəbəkəsi üzrə, xüsusilə yeni avadanlığın, sayğacların EÖX-nin və s. quraşdırılması üçün bir sıra tədbirlər həyata keçirilir " - deyə nazirlikdə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti